Siyasət

Yaxın vaxtlarda intensiv əks-hücum başlayacaq - Ukrayna Prezident Ofisi

4 İyun 2022 08:30
0 Şərh     Baxış: 563

Ukrayna ordusu yaxın vaxtlarda silahlar alacaq və intensiv əks-hücuma başlayacaq.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Nə vaxt kifayət qədər silah alacağıq? Yaxın vaxtlarda. Bizim tərəfdən daha intensiv əks-hücum başlayan kimi bunu görəcəksiniz. Bu gün bizim də ayrıca əks-hücumlarımız var. Amma ehtiyacımız olan hər şeyi əldə edən kimi gücləndiriləcək. Və silahlı qüvvələr nəhayət Rusiya Federasiyasına "ikinci ordunun" planetin başqa coğrafi nöqtəsində yerləşdiyini sübut edə biləcək", - o deyib.

Podolyak vurğulayıb ki, Ukrayna artıq tərəfdaşlarından silah almağa başlayıb.

"Ancaq bu zaman məsələsidir. İnsan ölümlərinin sayını azaltmaq üçün hər şeyi bir ay əvvəl əldə etmək istərdik. Avropa qərarları istədiyimizdən daha gec qəbul edir", - o deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının ölkə ərazisinin təxminən 20%-ni işğal etdiyini deyib. O bildirib ki, 2 603 yaşayış məntəqəsi azad olunmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.