Siyasət

Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib

2 İyun 2022 22:22
0 Şərh     Baxış: 882

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.

Məhdudiyyətlər Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Yeni paket Avropanın dəniz yolu ilə daşınan Rusiya neftindən imtinasını nəzərdə tutur. Aİ ölkələri onu növbəti altı ay, neft məhsullarını isə səkkiz ay ərzində almağı dayandırmalı olacaqlar.

Bundan əlavə, altı aydan sonra Rusiya neftinin digər ölkələrə tədarükünün sığortasına qadağa qüvvəyə minəcək ki, bu da Avropa hakimiyyətinin fikrincə, Rusiya neftinin ixracını zəiflədəcək.

Həmçinin, yeni sanksiyalara "Sberbank", "Moskva Kredit Bankı" və "Rosselxozbank"ın SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılması daxildir. Y

Yeni paketdə sanksiyalar Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrdə şübhəli bilinən keçmiş gimnast Alina Kabayevaya da şamil edilib.

Eyni zamanda, Macarıstanın tələbi ilə Patriarx Kirillə qarşı məhdudiyyətlər siyahından çıxarılıb.

Qeyd edək ki, Avropa İttifaqı bir neçə həftədir ki, Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmirdi. Əsas maneə Rusiyadan kəmərlər vasitəsilə neft alan Macarıstanın tam neft embarqosunun tətbiqi ilə razılaşmaması idi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.