Siyasət

Zaxarova ABŞ-ın ona sanksiya tətbiq etməsindən danışdı

2 İyun 2022 22:13
0 Şərh     Baxış: 1 055

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Teleqram kanalında ABŞ-ın sanksiyalar siyahısına salınmasını şərh edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zaxarova yazıb:

"Düzünü desəm, uzun müddətdir Amerikanın sanksiyalar siyahısında olduğuma əmin idim. İllərdir ki, vizalar normal şəkildə verilmir. Xarici hesablarım və ya buna bənzər bir şeyim yoxdur. Daşınmaz əmlakım da. "Tərəfdaşların" növbəti performansı..."

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya rəsmilərinə qarşı sanksiyalar siyahısını genişləndirib.

Sanskiya tətbiq olunanlar siyahısına bu dəfə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiyanın tikinti və mənzil-kommunal təsərrüfat naziri İrek Fayzullin və Rusiya Federasiyası Baş nazirinin müavini və Hökumət Aparatının rəhbəri Dmitri Qriqorenko, Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikov və nəqliyyat naziri Vitali Saveliyev daxil edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.