Siyasət

Belarus tankları və PDM-ləri anbardan çıxardı - NƏ BAŞ VERİR?

31 May 2022 22:04
0 Şərh     Baxış: 1 058

Belarus tanklarını və piyada döyüş maşınlarını anbar bazalarından çıxarıb"

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.

"Belarus Respublikasının anbar bazalarından tankların və piyadaların döyüş maşınlarının çıxarılması qeydə alınıbş. Onların daha sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinə təhvil verilməsi istisna edilmir", - Baş Qərargahın bəyanatında deyilir.

Eyni zamanda bildirilir ki, Rusiya Federasiyasının qoşunları itirilmiş hərbi texnikanı bu tanklar və piyadaların döyüş maşınları ilə əvəz edə bilər.

Qeyd olunub ki, mayın 31-nə olan məlumata görə, Rusiya 3300-dən çox zirehli döyüş maşını və 1358 tankını itirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.