Siyasət

Şolts və Makron Putini Zelenski ilə birbaşa danışıqlara çağırıb

28 May 2022 20:11
0 Şərh     Baxış: 645

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştreit jurnalistlərə bildirib.

Telefon danışığı 90 dəqiqə davam edib və Ukraynadakı vəziyyətin nizamlanmasına həsr olunub.

"Kansler və Fransa prezidenti atəşkəsin dərhal bərqərar edilməsini və Rusiya ordusunun çıxarılmasını təkid ediblər. Onlar Rusiya Prezidentini Ukrayna lideri ilə birbaşa danışıqlar aparmağa və münaqişənin diplomatik yolla həllini axtarmağa çağırıblar", - Hebeştreit deyib.

O qeyd edib ki, söhbət Almaniya və Fransa liderlərinin təşəbbüsü ilə baş tutub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.