Siyasət

Borrell: “Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayırıq”

24 May 2022 10:39
Baxış: 844

Brüsseldə Avropa İttifaqı Şurasının (Aİ) Prezidentinin Ermənistan və Azərbaycan liderlərinə ev sahibliyi etdiyi 3-cü üçtərəfli görüşü alqışlayırıq.

Milli.Az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də yazıb.

"Mən dayanıqlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görməyə ümid edirəm", - o vurğulayıb.

Borrell Aİ-nin regionda sülh və barışıq səyləri istiqamətində fəal işləməyə davam edəcəyini qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.