Son sutka ərzində "Azovstal" zavodunda mühasirədə qalan 700-ə yaxın ukraynalı hərbçi təslim olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-polkovnik İqor Konaşenkov deyib.
"Mariupolda millətçi "Azov" bölməsinin döyüşçüləri və ukraynalı hərbçilərin təslim olması davam edir. Son sutka ərzində 694 nəfər təslim olub. Onların 29-u yaralıdır", - Konaşenkov bildirib.
Onun sözlərinə görə, son iki gündə 959 nəfər ukraynalı döyüşçü silahı yerə qoyaraq təslim olub. Onların 80-i yaralıdır. Yaralılardan 51-i müalicə olunmaq üçün Novoazovskdakı xəstəxanaya göndəriliblər.
Milli.Az