Rusiya Ermənistanı müharibəyə təhrik edir - Moskva niyə barışa bilmir?
"Baxmayaraq ki, revanşistlər və ola bilsin ki, Rusiyanın xarici təhrikçiləri Ermənistandakı etiraz aksiyaları və iğtişaşlarla erməniləri daha bir müharibəyə çağırırlar, lakin bu müxalifət qruplarının növbəti qarşıdurmaya başlamaq üçün nə gücü, nə canlı qüvvəsi, nə də digər imkanları var".
Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, Ermənistan indi revanş haqda yox, müharibənin ağır nəticələrini aradan qaldırmaq və beynəlxalq səhnədə alt-üst olan imicini bərpa etmək haqda düşünməlidir:
"Münaqişənin yenidən başlaması ilə bağlı bu çağırışlara necə reaksiya verəcəyinə qərar vermək Paşinyandan asılıdır, lakin sülh prosesini ləngitməklə müharibə qızışdıranları sakitləşdirmək cəhdlərinə baxmayaraq, Paşinyanın son hərəkətləri Bakı ilə sülh sazişinin yekunlaşdırılması və regional inteqrasiyanın əldə olunmasına kömək etmək öhdəliyini nümayiş etdirdi.
Altı bəndlik təklifin təqdim edilməsi təbliğat deyil, xoşməramlılıq və problemin həllinə maraq göstərən mühüm təşəbbüsdür. Bu etirazlar və zorakılığa çağırışlar əslində konkret, praktiki addımlara qarşı əks-məhsuldar, yetişməmiş və öz şəxsi maraqlarına xidmət kimi görünür. Ermənistan əhalisinin çoxu onları başqasının daha uğurlu təşəbbüslərini sarsıtmaq üçün spekulyasiya cəhdlərindən başqa bir şey kimi görməyəcək. Ümumiyyətlə, bu, müsbət qarşılanmayacaq. Ermənistan bilir ki, onun növbəti müharibədə ağır məğlubiyyət alması üçün hər şey var.
Ermənistanın Qarabağı yenidən işğal etməyə, o bölgədəki bütün imkanlara, resurslara və maraqlara qarşı heç bir real ümidi yoxdur. Ermənistan revanş barədə yox, müharibənin ağır nəticələrini aradan qaldırmaq və beynəlxalq səhnədə alt-üst olan imicini bərpa etmək haqda düşünməlidir. Görünür, Rusiya zaman keçdikcə nəzarəti itirdiyi üçün Cənubi Qafqazda daha çox xaos yaratmaq və diqqəti yayındırmaqdan başqa çıxış yolu görmür. Bu səbəbdən də heç bir səbəb olmadan Ermənistan əhalisinin və müxalifətinin bəzi təbəqələrini ölkənin maraqlarına zidd hərəkətlərə təhrik etməyə hazırdır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





