Siyasət

Xəbərdarlıq edirəm, bunun sonu müharibədir - Baxçalı

17 May 2022 21:17
0 Şərh     Baxış: 1 470

Bəzi NATO ölkələri Türkiyəyə qarşı məhdudiyyətlər və sanksiyalar tətbiq edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri MHP başqanı Dövlət Baxçalı deyib.

"F-16-larla bağlı ABŞ-la konkret inkişaf yoxdur. F-35-ləri xatırlayan yoxdur. Üstəlik, ABŞ PKK və YPG-yə dəstəyini davam etdirir. ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edərkən, terror təşkilatlarını sanksiyalardan azad etdi. NATO-nun genişlənmə siyasətinə girməsi üçün Türkiyənin münasibəti həlledicidir. Bütün qərarlar konsensus əsasında həyata keçirilir. Ukraynada müharibə bitməmiş, atəşkəs və sülh rejimi bərqərar olunmamış, NATO-da yeni üzvün iştirakı bəşəriyyəti yeni atəşə aparacaq. Finlandiya və İsveçin mümkün NATO üzvlüyü mövcud balansı sarsıdacaq və Rusiyanı fərqli mövqeyə daşıyacaq. Hər kəsə xəbərdarlıq edirəm, bunun sonu sülh deyil, müharibədir", - o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.