Siyasət

“Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edilib

16 May 2022 15:47
Baxış: 704

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"na aşağıdakı məzmunda 1.2-2-ci bənd əlavə edilir:

"1.2-2. Müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) yüz faiz dövlətə məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilmir.".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.