Siyasət

Buçada soyqırım törədənlərə ilk CƏZA

9 May 2022 09:38
0 Şərh     Baxış: 3 234

Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça şəhərində dinc əhaliyə divan tutaraq soyqırım törədən rusiyalı hərbçilərə qarşı sanksiyalar tətbiq olunub.

Milli.Az The Washington Post-a istinadən bildirir ki, ABŞ Prezidenti Co Baydenin Rusiyaya və Moskvanın müttəfiqlərinə qarşı imzaladığı yeni sanksiyalar paketində bununla bağlı bənd var.

Həmin bəndə görə, Buçadakı soyqırımda şübhəli bilinən 2600 nəfər Rusiya və Belarus hərbçilərinə, habelə müdafiə sənayesində çalışan məmurlara ABŞ vizalarının verilməsi yasaqlanır.

ABŞ-ın dövlət katibi Entoni Blinkenin dediyinə görə, yasaq 2596 rusiyalı və 13 belarus hərbçiyə şamil olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.