Siyasət

Zelenski Rusiya ilə danışıqların bərpası şərtini açıqlayıb

7 May 2022 08:54
0 Şərh     Baxış: 1 220

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir.

Milli.Az "Report"a istinadən bildirir ki, dövlət başçısı həmçinin qeyd edib ki, "Azovstal"da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək.

"Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl - fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar", - Zelenski deyib.

Zelenski qeyd edib ki, Rusiya (danışıqlar üçün-red) "bütün körpüləri" dağıtsa da, "bütün körpülərin dağıdılmadığını" hesab edir.

"Ukrayna xalqı məni mini-Ukraynanın Prezidenti kimi yox, Ukrayna Prezidenti seçib", - dövlət başçısı vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.