Siyasət

Putinin xəstəliyi ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA

3 May 2022 06:15
0 Şərh     Baxış: 2 378

Rusiya xarici işlər naziri Sergey Lavrov ölkə rəhbəri Vladimir Putinin səhhəti ilə bağlı son dövrlər yayılan xəbərlərə münasibət bildirib.

XİN rəhbəri Prezidentin xəstə olması barədə məlumatlara italyan mətbuatı vasitəsilə cavab verib.

"Putin son zamanlar bir çox ölkə lideri ilə təmasda olub. Ən son BMT Baş katibi Antonio Quterreşlə görüşüb.

Bunu BMT Baş katibi daxil olmaqla, Putinin təmasda olduğu ölkə liderlərindən soruşun. Putinin səhhəti ilə bağlı hər şey qaydasındadır", - o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory