Siyasət

Prezident İlham Əliyev İsrailin maliyyə nazirini qəbul edib - VİDEO

25 Aprel 2022 11:19
Baxış: 700

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İsrailin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə İsrail arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulandı, son dövrlərdə qarşılıqlı səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirildi.

Söhbət zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.