Siyasət

ABŞ Rusiyanın Dünya Bankı və BVF forumunda çıxışını boykot edib

23 Aprel 2022 08:24
0 Şərh     Baxış: 526

ABŞ, Almaniya və Yaponiyadan olan nümayəndələr Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun forumunda çıxışını boykot edib.

Milli.Az "Report"a istinadən bildirir ki, Rusiyadan olan nümayəndə danışmağa başlayanda qərb ölkələrini təmsil edən şəxslər iclas zalını tərk ediblər.

Qeyd olunur ki, bu, Vaşinqtonda bu həftə ikinci belə insidentdir: birincisi Rusiyanın G20 ("Böyük İyirmilik") toplantısındakı çıxışı zamanı baş verib. Rusiyanın maliyyə naziri Anton Siluanov aprelin 20-də G20 toplantısında çıxış edərək sanksiyaların müəlliflərini tənqid edib. ABŞ və Kanadanın maliyyə nazirləri Siluanovun çıxışını boykot ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.