Siyasət

İlham Əliyev: Xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir, onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir

22 Aprel 2022 15:14
Baxış: 968

Xaricdə yaşayanlar gənc azərbaycanlılar İkinci Qarabağ müharibəsinin tarixini həm yaxşı bilməlidirlər, həm də öz dostlarına bu həqiqətləri çatdırmalıdırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında bildirib.

Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran dövlətimizin başçısı deyib: "Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.