Siyasət

“Mariupol şəhəri Ukrayna qoşunlarından təmizlənib” - Rusiya MN

16 Aprel 2022 22:05
1 Şərh     Baxış: 1 570

Rusiya hərbçiləri Mariupol şəhərini Ukrayna qoşunlarından təmizləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Mariupolun şəhərinin bütün ərazisi Ukrayna hərbçilərindən təmizlənib. Qoşunların qalan hissəsi "Azovstal" adlanan sənaye rayonunda mühasirədə bloklanıb", deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.

O da bildirilib ki, Ukrayna ordusunun, Milli Qvardiyanın və muzdluların itkiləri 23 367 nəfər təşkil edir. Təkcə Mariupolda Ukrayna ordusunun 4 min hərbçi itirdiyi vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.