Siyasət

Kremldən erməni deputatların Qarabağa buraxılmaması ilə bağlı açıqlama: "Onlar..."

14 Aprel 2022 17:06
3 Şərh     Baxış: 3 123

"Ermənistandan olan deputatların Qarabağa səfəri əvvəlcədən sülhməramlılarla razılaşdırılmayıb".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib.

"Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr tarixli bəyanatının müddəalarına uyğun olaraq fəaliyyət göstərir. Sözügedən səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb", - deyə Zaxarova söyləyib.

Xatırladaq ki, aprelin 12-si Ermənistan parlamentinin müxalifətçi deputatları Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.