Siyasət

Rusiya və Belarus arasında yeni anlaşma – “Bu aydan etibarən...”

5 Aprel 2022 21:17
0 Şərh     Baxış: 1 418

Aprel ayından Belarus qaz ödənişlərində rus rubluna keçib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Belarus hökumətinin mətbuat xidmətindən bildirilib.

Müvafiq sənədləri bu gün Sankt-Peterburqda Belarusun energetika naziri Viktor Karankeviç və "Qazprom" şirkətinin idarə heyətinin sədri Aleksey Miller imzalayıb.

Məlumatda qeyd edilib ki, Rusiyadan idxal edilən təbii qazın dəyəri aprelin 1-dən bu günə qədər qüvvədə olan müqavilədə nəzərdə tutulduğundan daha sərfəli olub. Əldə olunan razılaşmaları nəzərə alan hökumət istehlakçılara yanacağa görə qiymət yükünü azaltmağa söz verib.

Belarus Baş naziri Roman Qolovçenko bildirib ki, rublla hesablaşmalara keçid çox vacibdir, çünki bu, dollardan imtina deməkdir. Onun fikrincə, Rusiyanın hesablaşmaları milli valyutada aparması tamamilə ədalətlidir.

Prezidenti Vladimir Putin bundan əvvəl Rusiyadan qeyri-dost ölkələrə qazın tədarükünə görə ödənişin yeni qaydası haqda fərman imzalayıb. İndi belə dövlətlər "Qazprombank"da hesablar açmalı və həmin hesablara rublla ödəniş etməlidirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.