Siyasət

Ukrayna sülh üçün şərtini açıqladı

31 Mart 2022 07:05
0 Şərh     Baxış: 796

Rusiya ilə sülh müqaviləsinin imzalanması fevralın 23-dən etibarən Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərindən tamamilə çıxarılması şərtilə mümkündür.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "RBC-Ukrayna"ya müsahibəsində danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, xalq deputatı David Araxamiya deyib.

"Müqavilənin şərti imzalanmasına və ya onun artıq ciddi müzakirə oluna biləcəyi məqama çatdıqda, onlar tamamilə bu əraziləri tərk etməli olacaqlar. Sonra biz onu imzalamaq, təsdiqləmək üçün masa arxasına oturacağıq. Bu təkcə bizim tələblərimiz və ya istəklərimiz deyil, həm də bu sənədin işlək olmasını təmin etmək üçün lazımi şərtlərdir", - deyə Araxamiya qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.