Siyasət

Rusiya Avropa Şurasından çıxarıla bilər

15 Mart 2022 07:35
0 Şərh     Baxış: 708

Rusiya Avropa Şurasından çıxarıla bilər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və Demokratiya Komitəsi rəy layihəsi hazırlayıb.

Sənəd çərşənbə axşamı Assambleyanın səsverməsinə çıxarılacaq.

"Assambleya hesab edir ki, Avropa Şurası Nazirlər Komitəsi Rusiyadan Avropa Şurasından çıxmağı xahiş etməlidir. Rusiya bu tələbi yerinə yetirməsə, Assambleya Nazirlər Komitəsinə mümkün qədər tez zamanda qərar verməyi təklif edir", - sənəddə deyilir.

Rəy layihəsinin müəllifləri Rusiyanın təşkilata üzv dövlət statusu ilə bir araya sığmayan hərəkətlər etdiyini bildirib. Komitə həmçinin AŞPA Bürosuna bütün fəaliyyət sahələrində Belarus hakimiyyəti ilə əlaqələri dayandırmağı da tövsiyə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory