Siyasət

"Rusiya Xersonda saxta referendum keçirməyə çalışır" - Kuleba

12 Mart 2022 21:43
0 Şərh     Baxış: 1 087

"Rusiya Ukraynanın Xerson vilayətində saxta referendum keçirməyə çalışır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"2014-cü ilin oyunundan sonra ruslar indi də Xersonda saxta "xalq respublikası" üçün saxta referendum təşkil etməyə çalışır. Xalqın buna heç bir dəstəyinin olmadığını nəzərə alsaq, bəllidir ki, bu "referendum", tam səhnələşdiriləcək. Xerson həmişə Ukraynanındır və Ukraynanın olacaq", - deyə Ukrayna xarici işlər naziri bildirib.

Baş diplomat əlavə edib ki, Rusiyaya qarşı sərt sanksiyalar davam etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.