Siyasət

Qırğızıstanda "Z" gəzdirənlər cərimələnir

8 Mart 2022 10:00
1 Şərh     Baxış: 1 436

Qırğızıstanda maşınlardan Rusiyaya dəstək bildirən 'Z' nişanlarını sökürlər.

Qırğızıstan paytaxtı Bişkekdə maşınlarına Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş "Z" hərfi yapışdıran sürücülərin cərimələnməsinə başlayıblar.

Rusiyanın Ukraynaya hücumunda hərbi texnikasının üzərinə vurulan Z hərfinə verdiyi məna naməlumdur, amma bəzi mülahizələrə görə, bu, Qərb (Zapad) hərbi dairəsinin qoşunlarını bildirir.

Milli.Az "Radio Liberty"yə istinadən bildirir ki, maşınlara belə işarələrin yapışdırılması qanun pozuntusudur.

Onun sözlərinə görə belə nişanların yapışdırılması üçün xüsusi lisenziya alınmalıdır.

Əks halda sürücüləri 5,5 min som və ya 56 dollar cərimə gözləyir.

Bu qanun pozuntusuna görə indiyədək nə qədər sürücünün cərimələndiyi bilinmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.