Siyasət

Britaniya səfiri Ukraynanı tərk edib

8 Mart 2022 08:14
0 Şərh     Baxış: 775

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons təhlükəsizliklə bağlı ölkəni tərk edib.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass İcmalar Palatasının parlament komitəsinin iclasında çıxışı zamanı bildirib.

Trass bildirib ki, təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi səbəbindən Britaniya diplomatları artıq Ukrayna ərazisində birbaşa konsulluq yardımı göstərə bilməyəcəklər.

Fevralın sonundan Britaniya diplomatları fəaliyyətini Lvovdan davam etdirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.