Siyasət

Rusiya qoşunları Mariupolu vurur

1 Mart 2022 22:52
0 Şərh     Baxış: 3 282

Rusiyanın Ukraynaya yeritdiyi qoşun birləşmələri Mariupol şəhərinin mərkəzini vurur.

Milli.Az Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadən bildirir ki, hazırda şəhər güclü raket-bomba atəşinə tutulur.

Şəhər məhəllələrinin atəşə tutulması nəticəsində bir neçə bina və məktəb dağılıb.

Mariupolun meri Vadim Boyçenkonun dediyinə görə, Levoberejnı rayonu və "Kommunalşik" səmtlərində raket-bomba zərbələri xüsusilə intensivdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.