Siyasət

"Fevralın 31-dək vaxt verirəm!" - Kadırov Kiyevi və Qərbi hədələdi

28 Fevral 2022 10:40
64 Şərh     Baxış: 19 312

Çeçenistan Prezidenti Ramzan Kadırov Ukraynadakı hadisələrlə bağlı yeni bəyanat yayıb.

Milli.Az bildirir ki, R.Kadırovun sosial şəbəkələrindəki profillərində paylaşılmış bəyanatda o, bir sıra Qərb ölkələrinin və siyasətçilərinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalarla bağlı mövqeyini açıqlayıb.

Bəyanatı olduğu kimi təqdim edirik: "Dostlar, bir sıra avropalı siyasətçilər Rusiyaya qarşı mümkün sanksiyalardan bəhs etdilər. Demək istəyirəm ki, Rusiyaya qarşı məhdudiyyətlər toplusu o qədər absurddur ki, bizə bu mənasız cəhdlərə sadəcə, gülmək qalır. Onlar boşluğu dondurublar. Tam biabırçılıq!

Lakin bütün bu komediyaya rəğmən sərt qisas almaq zamanı çatıb və qərarlar da adekvat olmalıdır. Onlar müqayisə üçün belə olmalıdır:

Bəyanatlarından imtina etməlidirlər: Britaniyanın baş naziri Boris Conson, Britaniyanın XİN başçısı Liz Trass, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa diplomatiyasının rəhbəri Jozep Borrel... Əks halda Çeçenistan Respublikası bu şəxslərin bəyanatlarının həyasız və absurd səciyyəsini nəzərə alaraq aşağı sanksiyaları tətbiq etmək hüququnu özündə saxlayır:

- Çeçenistan səmasını onların cetlərinin uçuşları üçün bağlamaq

- Consonun Çeçenistan banklarındakı bütün aktivlərini dondurmaq

- Britaniyalı oliqraxların Açxoy-Martandakı bütün aktivlərinə embarqo qoymaq, vəziyyət pisləşərsə - Samaşkidə də eyni addımı atmaq

- Avtomobilin sükanının solda olmasını orta əsrlərin iyrənc qalığı hesab etmək

- Və nəhayət, etiraf etmək - ingilis çayı olmur!

Bütün bunlar başqa dövlətlərə dərs olacaq. Bundan sonra hansısa sanksiyalar tətbiq etməzdən əvvəl düşünün".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.