Siyasət

"İlham Əliyevlə Ərdoğan Rusiya ilə danışıqlar təklif etdilər" - Zelenski

26 Fevral 2022 23:06
Baxış: 3 174

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona Rusiya lideri Vladimir Putinlə münaqişənin nizamlanması üzrə danışıqların təşkilini təklif ediblər.

Bunu V.Zelenski videomüraciətində bildirib.

Ukrayna dövlət başçısının sözlərinə görə, fevralın 26-da o, bir sıra xarici dövlətlərin başçıları, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

"Onlar Rusiya ilə danışıqları təşkil etməyi təklif etdilər və bunu ancaq alqışlamaq olar", - deyə V.Zelenski bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.