Siyasət

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb

18 Yanvar 2022 08:24
0 Şərh     Baxış: 1 044

"Yerevan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

"Yerevan növbəti görüşdə Ankara ilə daha məzmunlu danışıqların olacağını gözləyir. Əgər gündəm kifayət qədər ciddi və məzmunlu olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma məncə bu mövzu haqqında danışmaq tezdir",- Rubinyan "Azadlıq" radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Yerevan substantiv danışıqların aparılmasında maraqlıdır: "Əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır. İkincisi, diplomatik münasibətlərin qurulması. Biz mümkün olan hər şeyi edirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.