Rusiya Ermənistanla gizli razılığa gəlib? - Moskva İrəvana təzyiq etmək istəmir
"Kreml rəhbərinin, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci ilin yanvarın 11-də Moskvada qəbul etdikləri ortaq bəyanatın qəbulundan 1 il keçdi. Moskvada heç bir siyasi sənəd imazalanmadı, sadəcə ortaq bəyanat qəbul olundu. 4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, bu üç dövlət arasında işçi heyəti və ekspertlərdən ibarət altqruplar yaranacaqdı".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya 11 yanvar bəyanatının həyata keçirilməsini sürətləndirmək üçün əlaltısı İrəvana təzyiq etmir:
"İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə olunacaq və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcəkdi. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi.
Bu bir ildə bəyanatın yalnız işçi qrupun yaradılması bəndi yerinə yetirilib. Altqruplar barədə məlumat yoxdur, martın 1-ə qədər də heç bir sənəd hazırlanmadı. Doğrudur, Nikol Paşinyan bir il içərisində kommunkasiya xətlərinin açılması məsələsini erməni cəmiyyətinə qəbul etdirib, ancaq işlər ləng gedir.
Moskva 11 yanvar bəyanatın həyata keçirilməsini sürətləndirmək üçün əlaltısı İrəvana təzyiq etmir. Əksinə, Moskvada 11 yanvarda bəyanat qəbul olunarkən, Kremlin nəzarətindəki "Sputnik" agenltliyinin Ermənistandakı ofisi Moskva görüşü barədə məqalə paylaşmaq əvəzinə Nikol Paşinyanın mövqelərini zəiflətmək üçün "Paşinyan Ermənistan iqtisadiyyatına 38 milyard dolar zərər vurub" və "Ermənistan Sünikdə nə qədər torpaq itirdi" yazılarını yayımlayırdı.
Kreml ötən ilin bu vaxtı Rusiyadakı tanınmış ermənilər Ara Abramyan və informasiya ruporu Marqarita Simonyan kimilər vasitəsilə Nikol Paşinyana təzyiq edirdi. Paşinyan bir il sonra Rusiya ilə birgə hərbçilərini Qazaxıstana göndərdikdən sonra Kremlin ağalığını tam olaraq qəbul edib. Ona görə də Kremlin bundan sonra kommunikasiyaların açılması məsələsində Paşinyana təzyiq edəcəyi gözlənilmir.
Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin yanvarın 10-da onlayn müzakirəsində Qazaxıstandakı hadisələrlə İkinci Qarabağ müharibəsi arasında məntiqsiz paralel aparmaqla (Paşinyan: "Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz- üzə qala bilər", - red.) Azərbaycanı Rusiyaya və onun dostlarına (KTMT-yə üzv dövlətlərə) hədəf göstərdi.
Göründüyü kimi, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib. Təsadüfi deyil ki, Paşinyan "Qazaxıstanla Azərbaycan arasında paralellər apararkən", erməni saytları dezinformasiya yayaraq guya Azərbaycan hərbçilərinin Qarabağda dinc sakinləri atəşə tutması xəbərini yayırdı. Dezinformasiyanın məqsədi aydındır. Ermənistan hakimiyyəti Qazaxıstandakı "xidmətinin əvəzində" Rusiya və KTMT-nin onların da "dərdinə" şərik çıxmasını istəyir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)





