“O qarşılaşma məni narahat edir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sabah" Misli Premyer Liqasının 26-cı turunda səfərdə "Araz-Naxçıvan"ı 4:2 hesabı ilə məğlub edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Əvvəlcə "Sabah" ailəsini qələbə münasibətilə təbrik edirəm. Bu gün çox böyük qalibiyyət əldə etdik. Oyuna kifayət qədər yaxşı başlamadıq. Matç bu gün bizim üçün qəribə alındı. Müdafiədən çıxarkən səhvlər etdik, rəqib də bundan yararlandı. Çox şadam ki, qol buraxdıqdan sonra yaxşı reaksiya verdik. Layiqli qələbə qazandıq. Oyunun taleyini daha tez həll edə bilərdik. Çox qol fürsətimiz var idi. Qələbəyə görə xoşbəxtəm. Üç gündən sonra yeni oyun olacaq. Artıq bu matçı unudub, qarşıdakı görüşə köklənməliyik.
- Bu cür performansı mövsümün sonuna qədər davam etdirə biləcəyinizi düşünürsünüz, yoxsa, ehtiyat edirsiniz ki, hansısa eniş yaşana bilər?
- Bu, məni narahat etmir. Mən sadəcə qarşıdakı oyunu fikirləşirəm. O qarşılaşma məni narahat edir. Çünki yaxşı bərpa olmalıyıq. Oyunlar qısa müddət ərzində keçirildikdə, əlavə taktika keçə bilmirik. Amma gördüyümüz işlər 8-9 ayın göstəricisidir.
- "Sabah"ın avrokuboklara vəsiqə qazanması dəqiqləşdi. Bu faktı bilirdiniz? Buna görə təbrik almışdınız, yoxsa əsas təbriki mövsümün sonunda alacaqsınız?
Ətraflı
- Həqiqətən, bu barədə bilmirdim. Bizim üçün böyük uğurdur. Mən bura gəlməmişdən öncə hədəf Avropada iştirak etmək idi. Bunları unuduruq, bu haqda düşünmürük.
- İvan Lepnitsanın durumu nə yerdədir? Üstəlik, onun adı xarici klublarla hallanır. Bu haqda onunla söhbət etmisiniz?
- Sualın ikinci hissəsi ilə başlayım, oyunçu ilə bu barədə danışmaq mənim vəzifəm deyil. Önəmli olan odur ki, hər bir futbolçu qarşıdakı matçlara köklənsin. Gələcəyi barədə danışmaq çox tezdir. Vəziyyətinə gəlsək, o, bu gün ehtiyat oyunçular skamyasında idi. Kiçik zədəsi var idi. Buna görə onu riskə atmaq istəmədik. İstədik bərpa keçsin və qarşıdakı matçlara hazırlaşsın. Bizim üçün çox önəmli oyunçudur. Abdullah Xaybulayev də çox yaxşı oyun sərgilədi. Lepinitsanın yoxluğunu hiss etdirmədi.
- Faiz etibarilə götürsək, "Çelye" və "Levski" ilə görüşlərdəki "Sabah"la indiki arasında nə qədər dəyişiklik var? Nə qədər yol qət etmisiniz?
- Əlbəttə ki, bu faizi hesablaya bilmərəm. Mən məktəbdə riyaziyyatda o qədər yaxşı olmamışam. "Levksi"dən bu yana 30-a yaxın oyun oynamışıq. Əlbəttə ki, inkişaf var, daha yaxşı oynayırıq, yeni futbolçular bizə qoşuldu. İnkişaf elədir ki, bir oyun pis oynasaq da, ondan sonra yenə pis oyun olsa, soruşacaqsınız ki, inkişaf haradadır? Hazırda yaya 2 ay qalıb. Düşünürəm ki, inkişaf var, amma daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiniz, mən də fəlsəfi cavab verdim.
- Oyunun gedişində Hamidu Keyta ilə söhbətiniz oldu. Sirr deyilsə, nə haqda danışırdınız?
- Xüsusi bir şey deyildi. Bizim ləğv edilən 4-cü qolumuzu müzakirə etdik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi





