“Gündə 2 litr su içmək” bilindiyi qədər faydalıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İçməli suyun sağlamlıq üçün vacibliyi geniş şəkildə qəbul edilsə də, gündəlik nə qədər su içilməli olduğu hələ də müzakirə mövzusudur. İllərdir yayılan "gündə 2 litr su içilməlidir" fikri yeni elmi araşdırmalarla yenidən sual altına alınır.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, suya olan ehtiyac sabit deyil və insandan insana dəyişir. Yaş, həyat tərzi, fiziki aktivlik və iqlim kimi faktorlar gündəlik maye ehtiyacını birbaşa müəyyən edir.
Su orqanizmdə hüceyrə funksiyaları, maddələr mübadiləsi, həzm sistemi və beyin fəaliyyəti üçün vacib rol oynayır. Kifayət qədər maye qəbul edilmədikdə isə orqanizmin normal fəaliyyəti pozula bilər. Eyni zamanda, su bədən temperaturunun tənzimlənməsi və böyrək sağlamlığı üçün də mühüm əhəmiyyət daşıyır.
Alman Qidalanma Cəmiyyətinin məlumatına görə, gündəlik maye ehtiyacı fərdi xüsusiyyətlərdən asılıdır. Orta hesabla içkilərdən 1,5 litr maye qəbul edilməsi kifayət hesab olunur. Qalan mayenin bir hissəsi isə qidalardan əldə edilir.
2022-ci ildə aparılan araşdırmalar da oxşar nəticə göstərərək əksər insanlar üçün 1,5-1,8 litr mayenin kifayət olduğunu qeyd edib.
Mütəxəssislər bildirir ki, susuzluq hissi orqanizmin ən düzgün göstəricilərindən biridir. Lakin isti hava, intensiv idman və fiziki aktivlik zamanı maye ehtiyacı əhəmiyyətli dərəcədə arta bilər.
Həddindən artıq su da risk yaradır
Araşdırmalara görə, çox su içmək də təhlükəsiz deyil. Həddindən artıq maye qəbulu elektrolit balansını poza və nadir hallarda su intoksikasiyasına səbəb ola bilər. Xüsusilə ürək və böyrək problemi olan şəxslər üçün bu risk daha yüksək hesab olunur.
Mütəxəssislər ən sağlam yanaşmanın bədənin susuzluq siqnallarını dinləmək olduğunu vurğulayır.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)





