Maraqlı

Söndürsəniz də bu 10 cihaz şəbəkədə qaldığı hər saniyə "pul yazır"

8 Aprel 2026 00:13
Baxış: 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oyun konsollarından televizorlara qədər gözləmə rejimində (standby) qalan "vampir cihazlar" illik ciddi əlavə xərclər yaradır. 

Milli.Az xəbər verir ki, mütəxəssislər istiliyi bir neçə dərəcə aşağı salmaq və ya qənaətcil lampalardan istifadə etmək kimi məlum üsullardan başqa, əsl təhlükənin "gözləmə rejimi" olduğuna diqqət çəkirlər.

Aparılan araşdırmalar göstərir ki, orta hesabla hər evdə istifadə edilmədiyi halda cərəyana qoşulu vəziyyətdə qalan təxminən 10 cihaz var. "Vampir cihazlar" adlandırılan bu alətlər, siz onlardan istifadə etməsəniz belə, sadəcə şəbəkəyə qoşulu olduqları üçün enerji istehlak etməyə davam edirlər. Bu vəziyyət ilin sonunda elektrik qəbzlərində nəzərə çarpacaq dərəcədə fərq yaradır.

Fakturanı səssizcə şişirdən cihazların önündə oyun konsolları və böyük ekranlı televizorlar gəlir. Budur, gözləmə rejimində saxlanılmaması lazım olan bəzi cihazlar və onların təsirləri:

Oyun konsolları, mikrodalğalı sobalar, qəhvə maşınları, kompüterlər, printerlər və şarj cihazları.

Enerji israfının qarşısını almaq üçün cihazları düymədən söndürməklə kifayətlənməyin, onları tamamilə rozetkadan çıxarın və ya açarlı uzadıcılardan istifadə edin.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.