Türkiyə

Türkiyənin qızıl ehtiyatı 702 tona çatıb

8 Aprel 2026 00:24
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyənin qızıl ehtiyatlarının 702 tona çatdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Mərkəzi Bankının fövqəladə şəraitə uyğun aktiv siyasət apararaq ehtiyatlarını, xüsusilə qızıl ehtiyatlarını daha səmərəli idarə etdiyini bildirib.

Onun sözlərinə görə, Türkiyə dövriyyədəki valyuta likvidliyini artırıb. "Swap" əməliyyatları ilə qızıl satılmadan müvəqqəti olaraq valyuta gücü yüksəldilib.

"2016-cı ildə 377 ton olan qızıl ehtiyatının 14 milyard dollar dəyəri zamanla təxminən 702 tona və 100 milyard dollar səviyyəsinə çatıb. Qızıl qiymətlərinin artması da ümumi ehtiyatları gücləndirib və ölkənin ehtiyat mövqeyini möhkəmləndirib", - o, qeyd edib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.