Türkiyə

ABŞ-dən hücumla bağlı ilk REAKSİYA - FOTO

7 Aprel 2026 16:29
Baxış: 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, İstanbulun Beşiktaş rayonunda İsrail konsulluğu yaxınlığında silahlı hücum baş verib. Polis ilə hücumçular arasında baş verən atışmada 3 nəfər zərərsizləşdirilib - onlardan biri öldürülüb, ikisi isə yaralı halda saxlanılıb. Hadisə zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri Tom Barrak hadisə ilə bağlı açıqlama verib.

"Amerika Birləşmiş Ştatları bu gün İstanbuldakı İsrail konsulluğuna edilən hücumu qətiyyətlə pisləyir. Diplomatik nümayəndəliklərə edilən hücumlar beynəlxalq nizama və millətləri bir-birinə bağlayan prinsiplərə hücumdur. Türkiyə Təhlükəsizlik Qüvvələrini sürətli və qətiyyətli reaksiyalarına görə təqdir edirik".

Fidan
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.