"Bu gecə bütöv bir sivilizasiya məhv olacaq" .
Milli.Az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Trampın açıqlaması belədir:
"Bu gecə bütün bir sivilizasiya öləcək və bir daha geri qaytarılmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək" .
O, bütün bunların bu gecə aydınlaşacağını, bunun "dünyanın uzun və mürəkkəb tarixində ən mühüm anlardan biri" olacağını bildirib.
"47 illik şantaj, korrupsiya və ölüm nəhayət sona çatacaq", - prezident yazıb.
Fidan
Milli.Az





