Xəbər verdiyimiz kimi, İstanbulun Beşiktaş rayonunda İsrail konsulluğu yaxınlığında silahlı hücum baş verib. Polis ilə hücumçular arasında baş verən atışmada 3 nəfər zərərsizləşdirilib - onlardan biri öldürülüb, ikisi isə yaralı halda saxlanılıb. Hadisə zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri Tom Barrak hadisə ilə bağlı açıqlama verib.
.jpg)
"Amerika Birləşmiş Ştatları bu gün İstanbuldakı İsrail konsulluğuna edilən hücumu qətiyyətlə pisləyir. Diplomatik nümayəndəliklərə edilən hücumlar beynəlxalq nizama və millətləri bir-birinə bağlayan prinsiplərə hücumdur. Türkiyə Təhlükəsizlik Qüvvələrini sürətli və qətiyyətli reaksiyalarına görə təqdir edirik".
Fidan
Milli.Az