Mobil telefon

Whatsapp üçün bir yenilik daha: Nömrə dəyişdirmək

3 Aprel 2018 08:35
3 Şərh     Baxış: 3 726
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Facebook, Instagram və Whatsapp platformaları son aylarda yeniliklər ilə istifadəçilərin üzlərini gülümsətməyi bacarırlar. Bu səfər isə yenə bir Whatsapp xəbəri və yenə möhtəşəm bir yenilik gəldi. Mobil mesajlaşma platforması olan Whatsapp bu yeni funksiya ilə mobil operatorunu və ya nömrəsini dəyişdirənlərə çox fayda verəcək. Qeyd: Hələki Android üçün Whatsapp Beta 2.18.97 versiyasında var.

Milli.Az technote.az-a istinadən bildirir ki, artıq nömrənizi dəyişəndə bu haqda hərkəsə bildirim gedəcək. Bunun hesabına artıq heç kimə "nömrəmi dəyişdim" tipli mesajlar yazmağınıza ehtiyac olmayacaq.      

Bildiyimiz kimi Whatsapp ayarlarında nömrə dəyişdirmək funksiyası var. Siz nömrənizi dəyişəndə bütün qrup mesajlarına bildirim gedir və nömrə dəyişdikdən sonra bu qruplara yenidən qoşulmaq kimi bir dərdimiz olmur. İndiki yenilik ilə artıq kontaktınızda olan hərkəsə bildirim gedəcək ki, bu şəxs nömrəsini dəyişdi. Bu halda artıq heç kimə "bu yeni nömrəmdir" tipli mesajlar yazmağa ehtiyac qalmayacaq. Bu yenilik hesabına artıq bildirim gedəcək insanları da ayrıca seçə biləcəksiniz. Amma qeyd edək ki, Whatsapp qruplarınıza gedən nömrə dəyişdirilməsı haqqındakı bildirimləri deaktiv etmək olmur. Whatsapp ayarlarında Hesab/Nömrə dəyişdir bölməsinə girərək nömrənizi dəyişdirə bilərsiz və bu halda proqram sizdən kontaktınızdakı insanlara bildirim gedib getməməsi üçün soruşacaq. Seçim isə sizə qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.