Texnologiya

“iPhone 17”nin görüntüləri yayıldı - VİDEO

3 Sentyabr 2025 06:35
Baxış: 805
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"iPhone 17 Pro Max"ın videosu cihazın elan edilməsindən bir həftə əvvəl internetə sızıb.

Milli.Az xəbər verir ki, bunu "Weibo"dakı bloqunda "Ice Universe" ləqəbli tanınmış insayder yayıb.

Belə ki, mütəxəssis "Apple"ın flaqman smartfonu olduğu güman edilən videonu yayımlayıb. Görüntülərə əsasən, cihaz "iPhone 16 Pro Max"dan xeyli fərqlənir. Cihazın arxa panelində iki düzbucaqlı blok var: yuxarıda lidar və flaşlı üçlü kamera, aşağıda "Apple" loqosu.

Həmçinin videoda oxşar dizayna malik bir neçə smartfonu görə bilərsiniz. Görünür, video anbarda qeydə alınıb. Videoda "iPhone" bir neçə rəngdə göstərilib.

Qeyd edək ki, "iPhone 17"nin təqdimatı sentyabrın 9-da baş tutacaq. (qafqazinfo)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.