Mobil telefon

“Galaxy S8” “Galaxy S7”-dən yaxşı satılır

20 İyul 2017 08:45
0 Şərh     Baxış: 2 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən həftə Koreya KİV-i bildiriblər ki, "Samsung Electronics" şirkəti analoji dövr müddətində "Samsung Galaxy S8" smartfonlarını "Galaxy S7"-dən 20 faiz az satıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Samsung"un mobil bölməsinin rəhbəri Kox Donq Cin (Koh Dong-jin) bu məlumatı inkar edib və bildirib ki, "Galaxy S8" və S8+ smartfonları satışına görə ötən ilki flaqman cihazlarını 15 faiz qabaqlayır.

Kox Donq Cin bəyan edib ki, "Galaxy S8" smartfonları olduqca yaxşı satılır. Bununla belə, şirkət əmindir ki, bu tendensiya bu ilin üçüncü və dördüncü rüblərində də sabit qalacaq.

Ancaq təəssüf ki, "Samsung"un satışları ilə bağlı konkret rəqəmlər barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.