Mobil telefon

Bütün “Galaxy Note 7”lər məcburi söndürüləcək

10 Dekabr 2016 19:14
0 Şərh     Baxış: 2 822
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Samsung" korporasiyası ABŞ-dakı bütün "Galaxy Note 7" smartfonlarını məcburi şəkildə söndürəcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şirkət xüsusi proqram təminatı tətbiq edəcək və cihazlar yararsız hala düşəcək. Bu proqram smartfonun şarj olunmasını və mobil şəbəkələrə qoşulmasını əngəlləyəcək. Nəticədə smartfon mobil cihaz kimi fəaliyyətini tam itirəcək. Proqram təminatı dekabrın 19-da bütün smartfonlara göndəriləcək.

Xatırladaq ki, sentyabrın əvvəlində "Samsung" şirkəti alışma və yanma təhlükəsi ilə əlaqədar "Galaxy Note 7" smartfonlarının sahiblərinə müraciət edərək onları cihazları söndürməyə və başqaları ilə dəyişdirməyə çağırıb. Daha sonra korporasiya bu smartfonların satışını və istehsalını dayandırıb. Nəticədə üçüncü rübdə şirkətin gəliri 30 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.