Mobil telefon

iPhone 6 və iPhone 6 Plus təqdim olundu - YENİLƏNİB - VİDEO - FOTO

9 Sentyabr 2014 23:44
15 Şərh     Baxış: 12 727
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

23:44

ABŞ-ın Apple korporasiyası Kupertino şəhərindəki ofisində yeni iPhone 6 və iPhone 6 Plus smartfonlarını, habelə iWatch smart-saatını təqdim edib.
 

Milli.Az The Verge-yə istinadən bildirir ki, iPhone 6 4,7 düym, iPhone 6 Plus isə 5,5 düym ekranlıdır.
 

iWatch saatı da 1,3 düym və 1,5 düym ekranlı iki versiyadadır.

Smart saat SMS, mesajlar və telefon zəngləri, habelə fəaliyyətdə olan proqram əlavələrini göstərməklə yanaşı, smartfon sahibinin səhhəti və fiziki aktivliyi barədə məlumatları da ekranda əks etdirir.
 

Smart saatı Apple-in vitse-prezidenti Kevin Linç təqdim edib.
 

Onun dediyinə görə, iPhone olmadan smart saat çalışmır.

iPhone 6-nın displeyi sapfirdən olmasa da, cızıqlara qarşı dayanıqlıdır.

Smartfonda A8 prosessorundan istifadə olunur.
 

Smartfondakı ApplePay funksiyası ABŞ ərazisində 22 riteyler şirkətin dükanlarında alış-verişlərə görə NFS sistemi ilə ödəmələr etməyə imkan verir.

iOS səməliyyat sistemi iPhone 4S-dən başlayaraq bütün smartfonlarda, iPad2-dən başlayaraq bütün Apple planşetlərində olacaq.
 

Tim Kukun dediyinə görə, ilin sonunadək 115 ölkədə iPhone 6 satmaq niyyətləri var.

Satışlar sentyabrın 19-da başlanacaq.
 

ABŞ-da mobil rabitə şirkətlərindən biri ilə müqavilə çərçivəsində 16 qeqabayt yaddaşlı iPhone 6 199 dollar, 64 qeqabayt yaddaşa malik iPhone 6 isə 299 dollara satılacaq.

iPhone 6 Plus isə 16 qeqabaytlıq yaddaşla - 299, 64 qeqebaytla - 399, 128 qeqabaytla isə 499 dollara satılacaq.
 

Yeni iPhone-lar 1080 r-60 fps tipli videoları 240 fps kadr dəyişikliyi ilə çəkə biləcək.
 

iPhone 6-da kamera fotonun rəqəmsal stabilləşməsi, iPhone 6 Plus-da isə optik stabilləşməsi funksiyasına malikdir.

Smartfonlar 8 meqapiksellik iSight kameralıdır.
 

iPhone 6-da barometr də var.

Apple bildirir ki, smartfonun iş müddəti 40-50 faiz artıb.
 

iPhone 6-dakı 64 bitlik Apple A8 çipində prosessor iPhone 5S-lə müqayisədə 20 faiz sürətli, qrafika 50 faiz çevikdir.

Yeni smartfonlarda enerjiyığma/bloklaşdırma düyməsi sağdadır.
 

iPhone 6-nın qalınlığı 6,8 mm, iPhone 6 Plus-un qalınlığı isə 7,1 mm-dir.

----------
15:11

ABŞ-ın Apple korporasiyasının məşhur iPhone smartfonlar seriyasının yeni modeli iPhone 6-nın rəsmi təqdimatına bir neçə saat qalıb.

Milli.Az MacRadar-a istinadən bildirir ki, rəsmi təqdimat mərasimi Apple-nin baş ofisinin yerləşdiyi Kupertino şəhərində bu axşam keçiriləcək.

Mərasimdə ekranları 4,7 və 5,5 düym diaqonalları olan iPhone 6-nın iki modeli təqdim ediləcək.
 

Modellərdə NFC modulları da olacaq.
 

Mərasimdə Apple iWatch "ağıllı saat"ı da təqdim ediləcək.
 

Apple-in saytında mərasimin keçirilməsinə qalmış vaxt göstərilir.
 

Milli.Az


23:44

Böyütmək üçün şəkillərə klikləyin



---------
15:11


Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.