Tərkibi:
biskvit:
4 yumurta
150 q şəkər tozu
150 q un
sufle:
10 yumurta
300 q şəkər tozu
200 q kərə yağı
200 ml süd
30 q jelatin
1 x.q. un
Jelatinin üzərinə 150 ml qaynadılmış soyuq su töküb 1 saat saxlayın.
Biskvit hazırlamaq üçün yumurtaları şəkər tozu ilə çalın. Un əlavə edib qarışdırın. Sinini (diametri təxminən 26 sm) yağlayın, yaxud da perqament döşəyin. Xəmiri töküb 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Kibrit və ya diş çöpü vasitəsilə bişib-bişmədiyini yoxlayın.
Sufle üçün yumurtanın ağını sarısından ayırın. Sarıları 150 q şəkər tozu ilə çalın. Süd əlavə edib qarışdırın. Un vurub yaxşıca qarışdırın, lopa qalmasın. Bunu "su hamamı"na, "hamamı" isə vam odun üzərinə qoyub qatılaşana qədər qarışdırın. Sonra kənara qoyub soyudun.
Soyumuş kütləyə yumşaldılmış kərə yağı əlavə edib mikserlə çalın.
Jelatini kristalları tam əriyənədək qızdırın. Azacıq soyudun.
Yumurta ağına bir çimdik duz vurub köpüklənənə qədər çalın. Yerdə qalan 150 q şəkər tozunu əlavə edib qatı köpük alınana qədər çalın (həcmi xeyli artmalıdır). Jelatin əlavə edib qarışdırın. Sonra yumurtanın sarısı olan kütlə ilə birləşdirib qarışdırın. Soyuducuya qoyun ki, bir az bərkiyib özünü tutsun, qatılaşsın.
Biskviti iki yerə bölün. Bir hissəsini elə sinidə saxlayın. Sufleni üzərinə çəkib hamarlayın. Bunun üzərinə ikinci korju qoyun. Soyuducuda 6-8 saat saxlayın.
Zövqünüzə görə bəzəyin. Məsələn, karamelli salfet ilə bəzəyə, yaxud üzərinə əridilmiş şokolad çəkə bilərsiniz (250 q şokoladı "su hamamı"nda əridib tortun üzərinə çəkin).
Nuş olsun!
Milli.Az
Kulinariya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Günün təamı - "Quş südü" tortu - FOTO
18 Fevral 2012 07:00
1 Şərh
Baxış: 12 689

DİGƏR XƏBƏRLƏR
-
Kartof püresinə bunu əlavə edin: ən ləzzətli RESEPT
-
Ən asan "cheesecake" RESEPTİ - 5 addımda hazırlayın
-
Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent
-
Lobyanı tez bişirməyin sirləri: Peşəkar islatma texnikası
-
Düyünü yaxşı bişirmək üçün qazanın qapağını örtmək lazımdırmı?
-
Bitki yağlarının faydalı olması üçün belə istifadə edin
XƏBƏR LENTİ
-
Çin maşını sürənlərin gözü yaşlıdır: Ehtiyat hissələri tapılmır
-
Vüqar Əbdülovun qızı ailə qurur
-
Harri barışmaq istəyir
-
"Özünə dəyər ver, axı sən Kibariyəsən"
-
Bu eynəklər görmə probleminə səbəb olur - Mütəxəssislər xəbərdarlıq etdi
-
Soyuducuya kağız qoyun - Artan işıq puluna qarşı effektiv test
-
İtalyanlar şənbə və bazar günləri bunları etmirlər
-
21 il əvvəl ölən müğənni ilə bağlı həqiqət üzə çıxdı - Arvadından başqa bilən olmayıb - FOTO
-
Kraliça II Yelizaveta hər gün yeyirdi: aşpazı açıqladı
-
Keçmiş Türkiyə gözəli ölümdən döndü - Bədəni yanıb - FOTO
-
Azərbaycanda təhlükəli canlılar peyda oldu - 60 ailə təhlükədə - VİDEO
-
"Kuruluş Osman"da yeni sima - FOTO
-
Tramp: "Amerikalılar cinayətlərlə dolu həyata öyrəşməli olacaqlar"
-
"Komissiya gələndə görürdü iki ədəd cırıq ayaqqabı asılıb"
-
Günün qoroskopu: Maliyyə axınında dəyişkənlik ola bilər
-
"İpini qopardan oradadır"
-
“Sən məni tamamlayırsan”
-
Dünyada ərzaq bahalaşır
-
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadıldı
-
"O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
-
Kartdan oğurlanan pulları geri qayrtarmaq mümkün imiş – İlk 1 saat... - VİDEO
-
Çingiz Əhmədovun ölüm xəbəri yayıldı
-
Patriarx Kirill Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordenini təqdim edib - FOTO
-
“Galatasaray”dan öz meydanında asan qələbə