Kulinariya

Düyünü yaxşı bişirmək üçün qazanın qapağını örtmək lazımdırmı?

29 Mart 2025 15:22
Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bişmiş düyü ən məşhur qarnirlərdən biridir, ona görə də evdar qadınlar onu tez-tez hazırlayır. Lakin bir çox insanın bilmədiyi bir incəlik var - qapaq məsələsi. Düyünün dadlı alınması üçün onu düzgün bişirmək vacibdir. Amma ilk olaraq düyünü yaxşıca yumaq, yalnız bundan sonra bişirməyə başlamaq lazımdır. Lakin tez-tez belə bir sual ortaya çıxır: düyü bişirərkən qazanın qapağını bağlamaq lazımdırmı?

Milli.Az lent.az-a istinadən düzgün düyü bişirmə qaydasını təqdim edir:

Bir çoxları qapaqlı qazanda bişirməyi tövsiyə edir. Amma bu zaman başqa bir problem yaranır: su qapağın altında köpüklənməyə başlayır və qazan daşır. Bu səbəbdən bir çoxları qapağı açıq saxlayır, lakin bu da düyünün quru alınmasına səbəb ola bilər.

Bəs bu halda nə etməli?
Əslində düyünü qapaqlı qazanda bişirmək daha məsləhətlidir. Lakin daşma probleminin qarşısını almaq üçün ən yaxşı həll - multibişirici (multivarka) istifadə etməkdir. Əgər multibişiriciniz yoxdursa, o zaman qaynamağa, köpüklənməyə və buxarın çıxmasına yetərincə yer olan bir qazan seçin. Qazanın qalın dibli və divarlı olması vacibdir ki, düyü yanmasın. Həmçinin düyü ilə su arasındakı düzgün nisbəti qorumaq lazımdır ki, düyü nə çox quru, nə də çox bişmiş olsun - yəni dənəvər və dadlı alınsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.