İdman

Mourinyo rəsmən "Benfika"da - maaşı açıqlandı - FOTO

18 Sentyabr 2025 19:29
Baxış: 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Fenerbahçe"dən ayrılan məşhur baş məşqçi Jose Mourinyo köhnə klubu "Benfika" ilə razılığa gəlib. Portuqaliya mətbuatının məlumatına görə, təcrübəli çalışdırıcı yeni klubundan illik 6 milyon avro maaş alacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mourinyo, "Fenerbahçe"də illik 10 milyon avrodan çox qazanırdı. Bu səbəbdən "Benfika"da alacağı məbləğin daha aşağı olması diqqət çəkib.

Mourinhonun "Benfika" ilə 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayacağı gözlənilir. Klubun açıqlamasında "Jose Mario dos Santos Mourinho Felix ilə baş məşqçi olaraq razılaşma üzrə danışıqlar davam edir və yaxın vaxtda yekunlaşacaq" ifadələri yer alıb.

Mourinho açıqlamasında bunları deyib:

"Benfika mənə bu vəzifə ilə maraqlanıb-maraqlanmadığımı soruşdu. Mən də 'Bəli' dedim. Görüşməkdən məmnun olacağımı bildirdim."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.