Sağlamlıq

Bu meyvə xərçəngin düşmənidir

19 Sentyabr 2025 01:01
Baxış: 280
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əsrlər boyu "cənnət meyvəsi" kimi tanınan nar (Punica granatum) payızın ən sevilən və faydalı meyvələrindən hesab olunur.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qədim zamanlardan bolluq və sağlamlığın rəmzi sayılan nar həm dadı, həm də zəngin tərkibi ilə insan sağlamlığı üçün əvəzsizdir.

Mütəxəssislərin sözlərinə görə, nar C, K və E vitaminləri, eləcə də fol turşusu ilə zəngindir. Bu maddələr immuniteti gücləndirir, dərini gənc saxlayır, sinir sistemini möhkəmləndirir. Tərkibindəki kalium ürək fəaliyyətini dəstəkləyir, dəmir isə qanazlığının qarşısını alır.

Narın dənələri və şirəsi yüksək miqdarda polifenol və flavonoidlər ehtiva edir. Onlar hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur, qocalma prosesini ləngidir və xərçəng riskini azaldır.

Nar şirəsi həmçinin damar divarlarını möhkəmləndirir, xolesterini normallaşdırır və qan dövranını yaxşılaşdırır. Mütəmadi istifadə ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Payız-qış mövsümündə nar immun sistemi gücləndirən, virus və infeksiyalara qarşı qoruyan təbii vasitə sayılır. Qabığından hazırlanan dəmləmələr mədə-bağırsaq problemlərində kömək edir, liflə zəngin olması isə həzmi yaxşılaşdırır.

Bundan başqa, nar qanın tərkibini yaxşılaşdırır, toksinlərin bədəndən xaric olunmasına yardım edir və dəmir çatışmazlığına qarşı təsirli vasitədir.

Kosmetologiyada da geniş istifadə olunan nar ekstraktı dərinin elastikliyini artırır, qırışların yaranmasının qarşısını alır və saçların möhkəmlənməsinə şərait yaradır.

İstər meyvə, istərsə də şirə və dəmləmə şəklində istifadə olunan nar həm sağlamlıq, həm də gözəllik üçün təbii dəstək hesab olunur.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.