Amerika

Vaşinqtonda Trampın 4 metrlik qızıl heykəli ucaldıldı - VİDEO

19 Sentyabr 2025 00:05
Baxış: 276
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ paytaxtında, Konqres binasının qarşısında prezident Donald Trampın əlində Bitcoin tutmuş 12 fut (təxminən 3,6 metr) hündürlüyündə qızıl heykəli ucaldılıb. Bu hadisə həm böyük maraq, həm də mübahisə doğurub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, heykəl kriptovalyuta investorlarının dəstəyi ilə hazırlanıb.

Təşkilatçılar bildiriblər ki, əsərin məqsədi rəqəmsal valyutanın gələcəyi, pul siyasəti və hökumətin maliyyə bazarındakı rolu ətrafında müzakirələr yaratmaqdır. Heykəl həmçinin Trampın kriptovalyutalara açıq dəstəyinə həsr olunub və gün ərzində çox sayda izləyici cəlb edəcəyi gözlənilir.

Heykəlin açılışı ilə eyni vaxtda ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 bənd azaldaraq 4,3 faizdən 4,1 faizə endirdiyini açıqlayıb. Bu, 2024-cü ilin dekabrından bəri ilk faiz azaldılmasıdır.

Mərkəzi Bank cari il ərzində daha iki faiz endirimi, 2026-cı ildə isə yalnız bir dəfə azaldılma planlaşdırır. Lakin bu qərar Wall Street-də gözləntiləri tam qarşılaya bilməyib.

Xatırladaq ki, Donald Trampın FED sədri Cerom Pauellə münasibətləri əvvəllər gərgin olub və Tramp tez-tez Mərkəzi Bankı sərt tənqid edib. İndi isə diqqətlər Trampın son faiz qərarına verəcəyi reaksiyaya yönəlib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.