Bitki yağlarının faydalı olması üçün belə istifadə edin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orqanizmimiz üçün rafinə olunmamış yağlar daha faydalıdır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt-dietoloq, tibb elmləri namizədi Tatyana Solntseva bildirib.
O qeyd edib ki, belə yağlar adətən salatlara əlavə olunur.
"Bu yağlar daha kəskin qoxuya malikdir, bu isə bəzən insanların xoşuna gəlməyə bilər. Lakin bu zəngin qoxu onların tərkibindəki yüksək miqdarda aromatik və digər faydalı maddələrlə bağlıdır. Rafinə edilmiş yağlar isə emal prosesindən keçdiyi üçün faydalı xüsusiyyətlərinin bir hissəsini itirir," - deyə Solntseva qeyd edib.
Mütəxəssis bildirib ki, bununla belə, ən faydalı olan tək bir yağ növü yoxdur.
"Ən yaxşısı - rasionda bir neçə yağ növünü qarışdırmaqdır. Məsələn, "omeqa-6" yağ turşuları ilə zəngin günəbaxan yağını götürüb ona bir az yağçiçəyi yağı, balqabaq yağı və ya kətan toxumu yağı əlavə etmək olar. Bu qarışıqlarla salatları dadlandırmaq mümkündür.
Pəhrizdə yağların müxtəlifliyi sağlam qidalanmanın əsasını təşkil edir. Nə qədər çox yağ növündən istifadə etsək, orqanizmimiz üçün bir o qədər yaxşıdır", - deyə Solntseva əlavə edib.
Mütəxəssis qızartma zamanı hansı bitki yağlarından istifadənin zərərsiz oluğunu da açıqlayıb. O, bu proses üçün rafinə edilmiş yağları tövsiyə edib.
"Bu, yağın buxarlanma temperaturuna görədir. Bunlar yüksək buxarlanma temperaturuna malik yağlardır. Onlarda qızartma zamanı zərərli maddələr əmələ gəlmir və bu yağları 250 dərəcəyə qədər qızdırmaq olar. Belə yağlarda heç bir zərərli maddə olmur," - deyə Solntseva izah edib.
Ekspertin sözlərinə görə, bunun əksinə rafinə edilməmiş təzə sıxılmış yağlar qızartma üçün istifadə olunarsa, onlarda yanma məhsulları əmələ gələ bilər, çünki bu yağlar çoxlu əlavə maddələr ehtiva edir.
"Buna görə də salatların hazırlanmasında rafinə edilməmiş yağ qarışıqlarından istifadə etmək, qızartma və yüksək temperaturlu yemək bişirmək üçün isə xüsusi olaraq qızartma üçün nəzərdə tutulmuş rafinə edilmiş yağlara üstünlük vermək tövsiyə olunur," - deyə Solntseva bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Unsuz kokoslu peçenye resepti
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
XƏBƏR LENTİ
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var





