Kulinariya

Mətbəx sirləri: Falafel

23 Avqust 2012 07:00
0 Şərh     Baxış: 1 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tərkibi:

450 q noxud
2-3 ortaboy soğan
2-3 diş sarımsaq
1 dəstə cəfəri
1 dəstə keşniş
duz, ağ istiot, zirə
fritür üçün yağ

Noxudu yaxşıca yuyun, bir gecə duzlanmış və bir çimdik soda vurulmuş suda saxlayın.

Sabahı gün bütün ərzaqları ət maşınından, yaxud kombayndan keçirin. Dənəvər kütlə alınacaq.

Bundan küftələr düzəldin. Qaynar yağda qızılı rəng alanadək qovurun. Yağını çəkməsi üçün salfetin üstünə düzün.

Küncüt sousu və marinə edilmiş tərəvəzlərlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.