Ölkə

İcra başçısının xanım müavini işdən çıxarıldı - FOTO

29 Aprel 2025 11:19
Baxış: 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb. 

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əhmədova Sevil Kazım qızı bir neçə gün əvvəl yaşa görə təqaüdə göndərilib. 

Bu barədə İcra Hakimiyyətinin başçısı Nahid Bağırov müaviq əmr imzalayıb. 

Qeyd edək ki,  Sevil Kazım qızı Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda çalışıb, 2000-ci ildən İcra Hakimiyyətində yenidən dövlət qulluğunda fəaliyyət göstərməyə başlayıb. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.