Ölkə

Pezeşkian Prezident İlham Əliyevə təşəkkür edib - FOTO

29 Aprel 2025 11:06
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Trend-in məlumatına görə, bununla əlaqədar İran prezidenti "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ötən gün Bakıda əziz qardaşım Azərbaycan Prezidenti İlham Əliyevlə anlaşmalar əldə olundu və sənədlər imzalandı.

Bu səfər elm, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni perspektivlərin açılması və etimadın artırılması üçün başlanğıc idi. Cənab İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edirəm", - deyə İran prezidenti bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.